Agentlik rəhbəri büdcədən vəsait istədi

  • 06 Noy - 2018
"1930-cu ildən fəaliyyət göstərən Respublika Elmi-Texniki Kitabxanasında köçürmələrə görə məhv olmuş nüsxələri, kitabları bərpa etmək, onları yeni standartlara uyğunlaşdırmaq üçün avadanlıq və vəsait lazımdır". Avropa.info xəbər verir ki, bunu Milli Məclisin daimi komitələrinin iclasında büdcə müzakirələri zamanı Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov deyib. Onun sözlərinə görə, Respublika Elmi-Texniki Kitabxanasının vəziyyəti qənaətbəxş deyil: "Bu kitabxananın vəziyyəti bir o qədər də ürəyə yatan deyil. Dövlət başçısının səyləri nəticəsində kitabxanaya böyük bir bina verilib. Lakin köçürülmələrə görə məhv olmuş nüsxələri, kitabları bərpa etmək, onları yeni standartlara uyğunlaşdırmaq üçün müəyyən avadanlıq və vəsait lazımdır. Hesab edirəm ki, növbəti ilin büdcəsində bunları nəzərə almaq lazımdır”. Əqli Mülkiyyət Agentliyinin Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan yeni qurum olduğunu nəzərə çatdıran Kamran İmanov qeyd edib ki, ləğv edilmiş Müəllif Hüquqları Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və Əmtəə Nişanları Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanası birləşib və Əqli Mülkiyyət Agentliyi vahid struktur kimi formalaşıb: “Respublika Elmi-Texniki Kitabxana istisna olmaqla, bütün bu strukturlar yeni təşkilati- hüquqi forma üzrə fəaliyyət göstəririlər, yəni onlar publik hüquqi şəxslərdir. Bu da mütərəqqi idarəetmə formasıdır. Bu forma büdcəyə qənaət gətirir. Digər tərəfdən bu, strukturlara yeni imkanlar yaradır”. K.İmanov əlavə edib ki, Davos iqtisadi forumunun son hesabatına görə, Azərbaycan əqli mülkiyyətin qorunmasına görə dünyada 36-cı yeri tutur. O bunu çox böyük nailliyyət hesab edib. Mürtəza Avropa.info

Oxunma sayı: 319

Oxşar yazılar