Tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı törədilən çirkin oyunlar – Soyqırım gündəliyi

  • 30 Sen - 2018
Bədnam I Pyotrun məlum təlim və tövsiyyələrindən sonra mərhələlərlə Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər əslində bütövlükdə xalqımızın faciəsinin əsasını qoydular. İşğalçılıq, istilaçılıq siyasəti yeritmək üçün Zaqafqaziyaya doğru irəliləyən Rusiyanın qarşısında İran, Osmanı imperiyası kimi böyük və hegemon dövlətlər dururdu. Əsrlərdən bəri bu ərazilər İran və Osmanlının nəzarətində və tabeçiliyində idi. Göründüyü kimi, bölgədə özünün nüfuzun qoruyan iri dövlətlərin siyasi, iqtisadi maraqları toquşurdu. Digər tərəfdən, burada yaşayan müsəlmanların say tərkibi etibarı ilə xristian mənşəli erməni və gürcülərdən üstünlüyü nəzarə alınsaydı, onda bu zaman Rusiyanın böyük təhlükə ilə qarşı-qarşıya dayandığı daha aydın görünürdü. Qafqazda möhkəmlənmək və özünün işğaılçılıq prinsiplərini həyata keçirmək Rusiyaya heç də asan başa gəlməyəcəkdi.  Rusiya ərazi maraqlarını təmin etmək üçün Qafqazla bağlı mühüm planlar işləyib hazırlayır. Xristian Rusiya müsəlman qonşuları ilə gah güclə, gah da danışıqlar yolu ilə dil tapmağa çalışırdı. Rusların İran hökmdarları ilə iş birliyi qurmaq  istəyinin, daha doğrusu “işbazlıq” kələyinin kökləri I Pyotrun vəsiyyətlərinə söykənirdi. (-Bu siyasət indinin özündə də uğurla davam etdirilir. –İ.Ə.) I Pyotr deyirdi: “Çalışın iranlılarla türklər heç vaxt bir-birinə yaxınlaşmasınlar, onların arasına daim ədavət salın. Ancaq belə olan tərzdə siz istədiklərinizi əldə edə bilərsiniz. (I Pyotrun vəsiyyətlərindən biri) Özlərinin gələcək işğalçılıq siyasətini I Pyotrun vəsiyyətləri üzərində quran varislər İranla siyasi əlaqələrini yaratmaq üçün daim yaxınlaşmağa doğru meyl etdilər. Çar Rusiyası dövründən başlamış və müasir dövrə kimi rus liderlərinin apardıqları bu siyasi agetasiya, bu süni yaxınlaşma Osmanlını zəiflətmək, Qafqazdan bir növ kənarlaşdırmaq məqsədini daşıyırdı. Təəssüflər olsun ki, müəyyən zaman kəsiyində onlar öz çirkin niyyətlərini gerçəkləşdirdilər". I Pyotr yaxşı anlayırdı ki, Qafqazda möhkəmlənmək üçün güclü rəqib saydığı Osmanlı dövlətinin Qafqadakı  dindaşları ilə mütləq sərhəd əlaqələri kəsilməlidir. Osmanlıların Qafqazda rahat hərəkət etdikləri bir zamanda rusların bu ərazilərə daxil olmaları və söz demək haqları mümkün deyildi. Onun üçün dərin siyasi planlar hazırlandı və həyata keçirilməyə başlandı. Osmanlı dövlətinin Qafqazla əlaqələrinin qırılması qarşıya başlıca vəzifə olaraq qoyuldu. İran və Osmanlı kimi müsəlman dininə malik bir regionda din faktoru əhəmiyyətli xarakter daşıyırdı ki, bu faktın da mövcudluğu da çarın çəkindiyi bir məqam idi. Amma necə olursa olsun, qarşıya qoyulan məqsədin icrasına başlanmalıydı. İlk növbədə diqqət ələ keçiriləcək nöqtələrə göz gəzdirildi. Coğrafi məkan olaraq indiki Ermənistanın ərazisi seçildi. Bu ərazilərdə yaşayan Azərbaycan türklərinin köçürülməsi, onların yerində ermənilərin yerləşdirilməsi Rusiyanın güclü rəqibləri olan İran və Osmanlının  Qafqazla əlaqələrinin kəsilməsində əlverişli imkan yaradacaqdı. Digər tərəfdən isə, Azərbaycanınn təbii iqlim şəraiti, coğrafi ərazisi I Pyotrun işğalçılıq maraqlarına tamamilə cavab verirdi. 1723-cü ilin iyul ayının 17-də çar Rusiyasının hərbi eskadraları I Pyotrun götərişi ilə Bakıya gəlib çıxdılar. Şəhərin təslim olmadığını görən çar qoşunları şəhər üzərinə basqın planını hazırlayır və həyata keçirir. İyulun 26-da Bakı alınır. 1724-cü ilin iyun ayının 26-da Osmanlı Dövləti ilə Rusiya arasında bağlanmış İstanbul sülhünün şərtlərinə əsasən Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt və başqa şəhərlər Rusiyanın nəzarətinə keçir. I Pyotr (1689-1725)  1724-cü ilin noyabr ayının 10-da Bakıya, general M.Matyuşkinə belə bir məzmunda fərman ünvanlayır: “Bütün vasitələrlə erməniləri və başqa xristianları Rusiya qoşunlarının tutduqları İran vilayətlərinə -Gilan, Mazandaran, Bakı, Dərbənd, və digər əlverişli yerlərə kömçməyə çağırmaq lazımdır. Onları nəvazişlə qəbul etmək, lütkarlıqla qoruyub saxlamaq lazımdır. Onlara yaxşı yerlərdə, əlverişli torpaq sahəsi ayırın. Şəhər və kəndlərdə boş olan evləri və avadanlıqları onlara verin. Düşmənçilik edən, yaxud şübhələndiyiniz müsəlmanları qovub rədd edin ki, onların yerini xristianlar tutsunlar”. Birinci Pyotrun bu fərmanından sonra Zaqafqaziyaya ermənilərin axını başlayır və bu yerləşdirilmə siyasəti baş tutandan sonra tarixən özlərinə məxsus torpaqlarda yaşayan azərbaycanlıların bütünlükdə başlarının üstünü qara buludlar aldı.  Çar Rusiyasının xeyir-duasını almaqla ermənilər özlərinə Rusiyanın timsalında möhkəm dayaq və arxa tapdılar. Ermənistan Avropa və Rusiyanın əlində regionda Türkiyəyə, Azərbaycana və elə İranın öznə qarşı bir alət, bir vasitə olaraq yaradıldı. I Pyotrun geniş planlar, böyük vəsaitlər, güzəştlər hesabına Qafqazda dayaq qurmasının əsas məqsədi ondan ibarət idi ki, o burada xristian mənşəli ölkə timsalında özünün vassalını yaratsın və elə bu vassal vasitəsi ilə də qonşu, təhlükə yaradan müsəlman dövlətlərini –İran və Osmanlı dövlətlərini öz təsir dairəsində saxlamaq səlahiyyətini qazansın. Birbaşa nəzarət və birbaşa idarəçilik, daima hücum vəziyyətinə səfərbərlik I Pyotrun böyük dövlətçilik planının tərkib hissəsi idi. Elə bu planla da o, ordusunu bərəkətli torpaqlara və isti iqlimə malik ərazilərə sahib olmaq məqsədi ilə yeni-yeni yürüşlərə doğru səsləyirdi. Sonralar, mərhələ-mərhələ həyata keeçiriləcək bu yürüşlər onun sərhədlərinin ərazisini isti ölkələrə, ilıq dənizlərə doğru irəliləməsinə şərait yaradacaqdı. I Pyotr Azərbaycanın işğal etdiyi ərazilərinin əhalisinin digər yerlərə köçürülməsinin də planını düşünmüşdü. O belə qərara gəlmişdi ki, yalnız bu yolla öz məqsədinə çata bilər. Öz xəbis niyyətlərini gerçəkləşdirmək üçün I Pyotr İstanbuldakı səfiri Rumyansevə göstərişiş vermişdi ki, “onların zəbt etdikləri ərazilərin müsəlman sakinlərinin Osmanlı ərazilərinə köçürülmələri üçün lazımi şərait yaradılsın. Bununla bağlı çalışın ki, Osmanlı hökumətindən müsbət cavab alınsın. Amansız despotun, I Pyotrun qəfləti ölümü bu planın axıradək reallaşmasına imkan vermədi. Lakin bu insafsızcasına verilmiş fərmanla müsəlman türklərin qaçqın, köçgün günlərinin başlanmasına dair sərəncam verilir. Bu amansız çar yerli-köklü xalqları silah, zor gücünə, məcburən yerindən-yurdundan, elindən-obasından dərbədər saldı. Yersizlərə, köçərilərə isə qovulmuş, öldürülmüş müsəlmanların ev-eşikləri, elləri-obaları hədiyyə edildi. Yerlilər qaçırıldı, yersizlər isə abad oldular. ...Aparılan araşdırmalar zamanı bəlli olmuşdur ki, təkcə 1820-1920-ci illər ərzində çar Rusiyası tərəfindən yaradılmış Ermənistana 600 000 erməni gətirilmiş, əvəzində isə indiki Ermənistan ərazisindən  2000 000 müsəlman Türkiyə və Azərbaycanın içərilərinə köçürülmüşdü. M.S. Skobitski 1899-cu ilin statistik məlumatlarına əsaslanaraq bildirir ki, burada əhalinin 70%-ni tatarlar(Çar Rusiyası dövründə azərbaycanlılar tatar adlanırılırdı-İ.Ə.) (101629), 16,6%-ni ermənilər (24195), 12, 7%-ni isə kürd(18603) və qeyri millətlərin (925 tat) nümayəndələri təşkil edir. Tariximizə “qara ləkə”  salan, dərin və sağalmaz yara kimi düşən Gülüstan (1813), Türkmənçay(1828) müqavilələrindən sonra Azərbaycan üzrə tam səlahiyyət sahibi təyin edilmiş çar ordusunun generalı İ.F.Paskeviçin göstərişi ilə 200 minə qədər erməni İran, İraq, Türkiyə, Livan və başqa yerlərdən Qarabağa, Naxçıvana, Şamaxıya köçürüldü. İ.F.Paskeviç bildirirdi: “Gəlmə ermənilər başlıca olaraq İrəvan, Naxçıvan, İrəvan vilayətlərində və qismən Qarabağda yerləşdirilsin,  bir sıra müsəlman kəndləri dindaşlarının ən çox məskunlaşdığı yerlərə köçürülsün. Və həmin yerlər ermənilərə verilsin.” Çar tərəfindən xüsusi səlahiyyətlər qazanaraq, yerləşdirilən ermənilərlə bərabər, buraya ruslar və malakanlar da köçürülürdülər. Belə yerləşdirmə siyasəti yadellilərin Azərbaycanda müvəqqəti deyil, əbədi hökmranlıq etmək siyasətindən xəbər verirdi. İ.F.Paskeviç daha sonra yazırdı: “Xristianları Naxçıvan və İrəvan vilayətlərinə getməyə razı salmaq lazımdır. Bu vilayətlərdə xristian əhalisini nə qədər mükünsə, çoxaltmaq nəzərdə tutulur”. Beləcə, mərhələlərlə torpaqlarımıza köçürülən və məskunlaşan ermənilərin sayı artmağa başladı. İş o yerə çatdı ki, say tərkibi ilə azlıq təşkil edən ermənilər öz torpaqlarında yaşayan azərbaycanlıları sıxışdırmağa başladılar. Yerli əhali isə belə haqsız yanaşma tərzi ilə barışmırdı. Onlar mübarizəyə qalxırdılar. Amma əliyalın xalq silahlı quldurların və onların havadarlarının qarşısında nə edə bilərdi ki? Havadarlarına arxalanan bu mənfur xislətlilər zamanı gələndə qurda dönürdülər. ...Bildiyimiz kimi, Zaqafqaziyada möhkəmlənən Ermənistanın əsas hədəfi Azərbaycan torpaqlarıdır. Dünən əzəli torpaqlarımızda-İrəvanda, Zəngəzurda, Göyçədə və başqa tarixi torpaqlarımızda yerlərini bərkidən ermənilər bu gün Qarabağda möhkəmlənməyə çalışırlar. Sabah üçün isə onların xülyalarla dolu “Böyük Ermənistan” yaratmaq məqsədilə hazırladıqları digər mənfur planları vardır. Onların bu dəli, əsassız istəklərinin qarşısı alınmalı və onlara –Dur!- deyilməlidir. Tarixi Azərbaycan torpaqlarında qurulan işğalçı Ermənistan Respublikasının apardığı mənfur siyasətin iç üzünü bir daha açıb göstərmək ən birinci vəzifəmiz olmalıdır. Dədə-baba ərazilərimizdə, havadarlarının dəstəyi ilə qurulan Ermənistanda müəyyən mərhələlərlə təkrarlanan və günümüzədək davam edən bu mənfur erməni siyasətinə qarşı beynəlxalq aləmdə haqq səsimizi ucaltmalıyıq. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev keçirdiyi bütün beynəlxalq səviyyəli görüşlərdə bəyan edir ki, -“Bu münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən və işğalçı qüvvələrin torpaqlarımızdan çəkilməsindən asılıdır. Bizim şərtlərimiz budur". Cənab Prezident  prinsipial mövqe göstərərək, qətiyyətlə bildirir: “Biz torpaqlarımızda ikinci bir erməni dövlətinin yaranmasına icazə verməyəcəyik! Əgər torpaqlarımız sülh yolu ilə azad edilməzsə, Azərbaycan mütləq işğalçı Ermənistana qarşı müharibəyə başlayacaqdır”.  Ali Baş Komandanın əmrini gözləyən xalqımız bu gəlmə ermənilər tərəfindən işğal olunan tarixi Azərbaycan torpaqlarını zamanında xilas edəcəkdir. Bunun üçün isə biz müharibə şəraitində yaşayan bir xalq olaraq daima hazır vəziyyətdə dayanmalı və Ali Baş Komandanın əmrini gözləməliyik. Ölkə prezidenti, cənab İlham Əliyevin Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar imzaladığı sərəncam xalqımızın tarixində törədilən qanlı qətliamların unudulmadığının və həmişə hörmətlə yad edildiyinin əyani sübutudur. Dünən, XX əsrin əvvəllərində Azərbaycanda kütləvi qırğınları həyata keçirən erməni quldurları bu gün, müasir dövrümüzdə- Qarabağda və eyni zamanda Azərbaycanın işğal olunmuş rayonlarında da qanlı qətliamlar törətdilər. Biz Azərbaycanlılara qarşı aparılan soyqırımı faktlarını geniş ictimaiyyət arasında təbliğ etməklə yanaşı, eyni zamanda həllini gözləyən Dağlıq Qarabağ və işğal altında olan rayonlarımızın da azad edilməsi tələbini gündəmdə tutmayıq. Gələcək nəsillər bir daha bu acı taleyi yaşamamaları üçün biz faciələrlə dolu tariximizi unutmamalıdırlar və biz də bunu onlara unutdurmamalıyıq! Müasir dünya Azərbaycan gerçəklərini olduğu kimi qəbul etməlidir. Ermənilərin yalançı və təxribatçı informasiya maşını ifşa edilməlidir. Bütün dünya bu mənfurların iç üzünü olduğu kimi tanımalıdır. İlahə ƏLİYEVA Tarixçi-tədqiqatçı Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən “1918-ci ildə azərbay­can­­l­ı­ların soy­qı­rımına həsr olunmuş Beynəlxalq Konfransın keçirilməsi” mövzusunda gerçəkləşdirilən layihə çərçivəsində çap olunur.    

Oxunma sayı: 913

Oxşar yazılar