"Erməni vandalizminin Azərbaycanda törətdiyi vəhşiliklər" mövzusu ictimai müzakrəyə çıxarıldı

  • 30 Sen - 2018
Sentyabr ayının 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində özünün növbəti tədbirini keçirib. Avropa.info xəbər verir ki, tədbirdə "Erməni vandalizminin Azərbaycanda törətdiyi vəhşiliklər” mövzusu ictimai müzakirəyə çıxarılıb.  Tədbiri açan “Ziyalı Ocağı” İctimai Birliyinin sədri İlahə Əliyeva bildirib ki, erməni vandalizminin kökü XIX əsrin sonlarına gedib çıxır: "1894-1896-cı illərdən etibarən Cənubi Qafqaza, Azərbaycana köç edən ermənilər Türkiyə ərazisində həyata keçirdikləri məzalimlərin birə on qatını Azərbaycan ərazilərində dinc və əliyalın azərbaycanlılara qarşı həyata keçirdilər. Çar Rusiyasının dəstəyi ilə tarixi Azərbaycan torpaqlarının ən bərəkətli, səfalı guşələrində yerləşdirilən ermənilər yerli azərbaycanlılara qarşı amansız şəkildə davranmağa başladılar. Onları zaman-zaman haqsız ittihamlarla, qanlı qətliamlar bahasına dədə-baba torpaqlarından didərgin saldılar. Bu üzdəniraq, köçəri ermənilər əzəli Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaq ideyasını qarşılarına məqsəd olaraq qoydular. Şərqi Anadoluda icrasına əngəllər çıxan “erməni məsələsi” zaman-zaman, mərhələlərlə daxili və xarici havadarlarının dəstəyi ilə açığa çıxarıldı və hər dəfə də açığa çıxarılanda Azərbaycan torpaqlarında Azərbaycanlıların sayı qətliamlar hesabına kəskin şəkildə azalmağa başladı.1905-1906-cı il kütləvi qırğınları Azərbaycanda ilk soyqırım aktı kimi tarixə düşdü. Bakını özlərinə paytaxt olaraq planlayan erməni terrorçu təşkilatları ilk, kütləvi soyqırımları burada törətdilər". İ.Əliyeva qeyd edib ki, ikinci soyqırım birincidən daha amansız olub: "1918-ci ilin 30 mart tarixindən etibarən başlayaraq 3 aprel tarixlərinə qədər Bakıda, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə davam edən qətliamlar ən amansız şəkildə həyata keçirildi". Onun sözlərinə görə, insanlığın unudulduğu Xocalı faciəsi erməni vandalizminin son nöqtəsi oldu: "Artıq bu o zaman idi ki, qaniçən ermənilər tarixi Azərbaycan torpaqlarından didərgin salmağa çalışdıqları Azərbaycanlıların son nəslini də köçürəcəkdilər. Azərbaycanlılarsız Ermənistan bu murdar ermənilərin baş planı idi. Təəssüflər olsun ki, bu qəddar xilqətlilər özlərinin çirkin niyyətlərinə çatdılar.Tarixi Azərbaycan torpaqlarında özlərinə qondarma Ermənistan dövləti qurdular. Bədxah qonşularımızın xalqımızın başına gətirdikləri bu oyunlar daima həm yerli, həm də beynəlxalq mətbuat vasitələrində müzakirə mövzusu olmalıdır ki, müasir dünya bu haqlı davamızda bizim yanımızda olsun”. Tədbirdə çıxış edən “Ziyalı Ocağı” İctimai Birliyinin sədr müavini, iqtisad elmləri namizədi, dosent Ağasəf İmran bildirib ki, “ermənilər nəinki coğrafi ərazilərimizi ələ keçiriblər, onlar eyni zamanda milli-mənəvi dəyərlərimizə də zərər vurublar: "Bolşevik havadarlarının dəstəyi ilə kütləvi şəkildə qətlə yetirdikləri Azərbaycanlıların məzarlarını-Çəmbərəkənd qəbristanlığındakı məzar daşlarını küçələrimizə-səkilərimə düzüblər, bizi onların üzərində gəzdiriblər. Xüsusi qəddarlıqla qətlə yetirdikləri 1918-ci il Şəhidlərinin dəfn edildikləri məzarlığı sovet hökumətinin dəstəyi ilə ictimai-iaşə müəssisəsi kimi tanıdaraq, bizə onların üzərində rəqs etdiriblər, mərhumlarımızın ruhlarını təhqir etdiriblər. Xalqımızın tarixində baş verən bütün bu faciələrin kökü unutqanlığımızla bağlıdır. Bizim layihəmizin əsas prinsipi-Unutmayaq və unutdurmayaqdır.Biz unutduqca faciələrimizin sayı daha da artır, xalqımız daha çox soyqırımlara məruz qalır”. Media və Mülki Cəmiyyət İctmai Birliyinin sədri Xanoğlan Əhmədov qeyd edib ki, “Ziyalı Ocağı”nın keçirdiyi bu tədbir çok aktual mövzuya həsr olunub: "Həmişə öz müzakirəsini və təbliğini tələb edir. Bu müzakirə və təbliğatlar bizim qan yaddaşımızın bir daha təzələnməsinə təkan verir”. Qaradağ rayon Müşfiqabad qəsəbəsinin müəllimi Müşfiqə Baxşıyeva bildirib ki, öz çirkin və məkrli niyyətləri yolunda buqələmun kimi cilddən-cildə düşən ermənilərin xalqımızın milli-mənəvi qan yaddaşına vurduqları yaraların sayı-hesabı yoxdur: "Bir şəhid bacısı kimi mən də bu ağrını daha dərindən hiss edirəm. Çalışdığım məktəbdə şagirdlərimə vətənpərvərlik hissini aşılamaqla bərabər, xalqımızın necə mənfur bir düşmənlə üz-üzə durduğunu təbliğ edirəm. Gələcək nəslin nümayəndələri bu ikiüzlü, çirkin məqsədli erməniləri olduğu kimi tanımalıdırlar ki, onlara qarşı lazımi mübarizə apara bilsinlər”. Azərbaycan Dövlətçiliyi və Prezidentinə Milli Dəstək Mərkəzi Suraxanı rayonu Mədəniyyət Şurasının sədri, jurnalist Yunis Qaraxanov bildiri ki, xalqımız zaman-zaman erməni vandalları tərəfindən təqib, təzyiq və təhqirlərə məruz qalıb: "Bütün bunlar bizim bizə qarşı olan xəyanəti unutmağımız nəticəsində baş verib. Gələcək nəsilləri bu bəlalardan qorumaq üçün onlara tariximiz olduğu kimi öyrədilməli və təbliğ edilməlidir. Düşmənin iç üzü gələcək nəsillərə tanıdılmalıdır”. Qərbi Azərbaycandan-tarixi Azərbaycan torpaqlarından, dədə-baba yurdlarından didərgin düşən nəslin nümayəndəsi olaraq çıxış üçün söz alan İlhamə Əhmədova bildirib ki, unutqanlığımız üzündən Zəngəzurumuzu, Göyçəmizi, Ağbabamızı, qədim İrəvanımızı, Qarabağımızı işğal etdilər: "Bizi öz torpaqlarımızdan məhrum etdilər, doğma yurd yerlərimizə həsrət qoydular. Ərənlərimizin, ağsaqqalarımızın, ağbirçəklərimizin uyuduqları məkanları murdarladılar, kotana verdilər, məscidlərimizi darmadağın etdilər. Biz ziyalılar xalqımızın başına gətirilən bu çirkin oyunları müntəzəm olaraq gündəmdə saxlamalıyıq ki, unutmayaq və unutdurmayaq. ” Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib. Görüntünün olası içeriği: 4 kişi, iç mekan Görüntünün olası içeriği: 10 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, takım elbise, düğün ve iç mekan  

Oxunma sayı: 814

Oxşar yazılar