Azərbaycana qarşı FETÖ əməliyyatı iddiası: İcra başçısına sui-qəsd, elektrik və suyun kəsilməsi... – Türkiyə mətbuatı son hadisələrdən yazdı

  • 05 İyl - 2018
Türkiyənin "Yeni Akit" qəzeti Azərbaycanda baş verən son hadisələr barədə yazı dərc edib. Avropa.info həmin yazını təqdim edir: Türkiyədə TANAP-ın tamamlanmasından sonra qaz nəqlinin başlamasının ardından Azərbaycana qarşı bir əməliyyat aparılır. Əməliyyatın arxasındakı qüvvələrin FETÖ və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) olduğu iddia edilərkən son bir neçə gündə ölkənin tanınmış icra başçısına sui-qəsd gerçəkləşdirildi, elektrik satnsiyasında partlayışla ölkə qaranlığa büründü, sular kəsildi, metroda hərəkət dayandı və müalicə mərkəzlərində yanğın baş verdi. Başqa tərəfdən, prezident Ərdoğan ilk rəsmi xarici səfərini Azərbaycana edəcək. Azərbaycanın Mingəçevir şəhərində yerləşən Su Elektrik Stansiyasında partlayış baş verdi. Partlayışdan sonra stansiyada baş verən yanğın ölkə miqyasında elektirk enerjisinin kəsilməsinə səbəb oldu. Elektrik enerjisinin kəsilməsindən bir müddət sonra ölkə paytaxtı Bakıda sular kəsildi. Metro xətlərində hərəkət dayandığı üçün bəzi mərkəzi yollarda tıxaclar meydana gəldi. Elektrik enerjisinin kəsilməsindən sonra artan enerji yükü dövlət xəstəxanalarında generatorların işləməməsinə səbəb oldu. Sosial şəbəkələrdə etirazlarını göstərən azərbaycanlılar ilk dəfə belə bir durumla qarşılaşdıqlarını söylədilər. Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyasıAzərbaycan İES-in 6-cı blokunda meydana gələn partlayış və yanğın nəticəsində ölkə miqyasında elektrik enerjisinin kəsilməsinə səbəb oldu. Elektrik enerjisi kəsildiyindən metro xətləri işləmədi. Metrodan istifadə edə bilməyən sərnişinlər ölkənin əsas yollarında tıxacların yaranmasına səbəb oldular. Dövlət xəstəxanalarında elektrik enerjisinin kəsilməsindən sonra dövriyyəyə qoşmaq istədikləri generatorlar da yüklənmələrə görə işləmədi. Rusiyanın elektrik şirkəti "Inter RAO"nun təcili durumlarda qarşılıqlı razılaşma çərçivəsində Azərbaycana elektrik enerjisinin nəqlinə başladığı müəyyənləşdi. Elektrik enerjisinin kəsilməsindən bir müddət sonra ölkədə içməli suyun verilməsi də dayandı. Bu ilin martın 2-də Bakıda Narkoloji Dispanserdə baş verən yanğında 26 nəfərin həyatını itirdiyi açıqlandı. Yerli mənbələr ölənlərin sayının 30 nəfər olduğunu bildirdi. Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada yanğının Xətai rayonunda yerləşən dövlət xəstəxanasında baş verdiyi bildirilirdi. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamaya görə, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev axşam saatlarında silahlı hücuma məruz qaldı. Verilən açıqlamada ağır yaralanan Vəliyevin sui-qəsd cəhdindən sonra xəstəxanaya yerləşdirildiyi və reanimasiyada müalicə aldığı bildirildi. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin icra başçısı Elmar Vəliyevin silahlı hücumda yaralandığı məlum oldu. Sui-qəsdi törədən bundan əvvəl də icra başçısını təhdid edən 35 yaşlı Yunus Səfərov olduğu ortaya çıxdı. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyytadan sonra Y.Səfərov saxlanıldı. Hadisə ilə bağlı açıqlama verən Azərbaycan prezdentinin köməkçisi Əli Həsənov isə Elmar Vəliyevin vəziyyətinin normal olduğunu söylədi.

Oxunma sayı: 330

Oxşar yazılar