Erməni politoloq Ermənistanın aprel məğlubiyyəti haqda – Hakimiyyəti satqın adlandırdı (Video)

  • 06 Apr - 2018
  Ermənistan mətbuatına müsahibə verən erməni politoloq Suren Sarkisyan 2016-cı il aprel döyüşləri zamanı ölən, yaralanaraq əlil olan erməni hərbçilərinin  və onların ailə üzvlərinin sosial məişət şəratindən danışıb. Avropa.info xəbər verir ki, Suren Sarkisyan Ermənistan hakimiyyətini satqın adlandırıb. “Bugün hamı apreldə ölənlərdən danışır. Apreldə  ölənlərin foto və videoları ilə şou yaradan dövlət rəsmiləri onların ailələri və yaralıların problemləri ilə maraqlanmırlar. Dövlət ümumiyyətlə bu şəxsləri unudub. Müalicələri üçün pul tapa bilməyən əlillərin ailələri qapı-qapı düşüb pul axtarırlar.” Suren Sarkisyan müsahibəsində aprel döyüşləri zamanı yaralanmış David Tadevosyanı misal gətirib: “Aprel döyüşlərində yaralanan şəxslər evlərinə döndükdən sonra, bəziləri ailələrinə zərər verdikləri üçün psixoloji mərkəzlərə yerləşdirildib, bəziləri həbsxanalara düşüb, bəziləri isə küçələrdə sərsəm gəzməklə gülüş obyektinə çevriliblər. Dövlət çevrilib onlara baxmadı, bugündə baxmamaqda davam edir. Şəhid və yaralıların alilələri Müdafiə Nazirliyinə və ölkə rəhbərliyinə müraciətlər etsə də onların problemləri ilə maraqlanan yoxdu. Bu diqqət və qayğısızlıqla Ermənistan əsgərsiz qalacaq.” David Tadevosyanın anası ilə danışdığını bildirən politoloq bunları deyib: “Anası Davidin uzun müddət komada qalmasından sonra yaddaşının qismən özünə qayıtdığını, lakin reabilitasiya və dərmanları üçün pul lazım olduğundan evlərini satdıqlarını, habelə dövlətin bu ailəyə  104 $ maddi yardımdan başqa heçnə vermədiyini bildirir.” Ermənistan hakimiyyətini gənclərin qanı hesabına hakimiyyətdə qalmaqda ittiham erməni politoloqun müsahibəsini təqdim edirik: https://www.youtube.com/watch?time_continue=4&v=jPu8QztsmJc  

Oxunma sayı: 220

Oxşar yazılar