Bakıda güclü külək avtomobili ağaca çırpdı - Video

  • 31 Mar - 2018
Bakının Yasamal rayonunda güclü küləyin təsiri nəticəsində sürücü idarəetməni itirərək maşını ağaca çırpıb. Tbilisi prospekti ilə hərəkətdə olan "Mitsubishi" markalı avtomobilin sürücüsü güclü külək zamanı sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb. Ağac kökündən qırılaraq sərnişin dayanacağının qarşısına aşıb. Sürücü xəsarət almasa da, avtomobilə ziyan dəyib. Faktla bağlı yol polis əməkdaşları tərəfindən araşdırma aparılır. [embed]https://www.youtube.com/watch?v=4KMm0Rayie0[/embed]
Report

Oxunma sayı: 869

Oxşar yazılar