Prezidentlər Bakıda avtomobil zavodunun açılışını etdilər – Fotolar (Yenilənib)

  • 29 Mar - 2018
Martın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir. Avropa.info AzərTac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev və İran İslam Respublikasının dövlət başçısı Həsən Ruhani biznes forumda iştirak edirlər. Əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar. Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olunub. Dövlət başçıları biznes forumda nitq söyləyiblər.
***
Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.
Avropa.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak edirlər.

Oxunma sayı: 297

Oxşar yazılar