Prezident və xanımı “Novruz” yarmarkası ilə tanış oldular – Yenilənib

  • 19 Mar - 2018
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər. 
Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.
Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxdılar.
Dövlətimizin başçısı və xanımı “Novruz” yarmarkası ilə tanış oldular.
***
Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban ƏliyevaNovruz şənliyində iştirak edirlər. Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəlib. Bahar qız dövlətimizin başçısına səməni təqdim edib. Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib. Ümumxalq şənliyi Dənizkənarı Milli Parkda davam edir.

Oxunma sayı: 275

Oxşar yazılar