Dieqo Forlan Honkonqda oynayacaq

  • 04 Yan - 2018
Uruqvay milli komandasının sabiq futbolçusu Dieqo Forlan karyerasını Honkonqda davam etdirəcək. 38 yaşlı hücumçu “Kitçi” klubu ilə müqavilə bağlayıb. Sözləşmənin detalları barədə məlumat verilmir. Tanınmış futbolçu hazırda Honkonq çempionatının lideri olan yeni komandasına yanvarın 10-da qoşulacaq. Qeyd edək ki, D.Forlan karyerası ərzində İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Atletiko”, İtaliyanın “İnter” klublarında çıxış edib.
Report

Oxunma sayı: 132

Oxşar yazılar