Türk futbolçu 27 milyon avroya satıldı

  • 04 Yan - 2018
İstanbulun “Beşiktaş” klubunun və Türkiyə milli futbol komandasının hücumçusu Cenk Tosun İngiltərə “Everton”una transfer olunub. 27 milyon avroluq razılaşma yanvarın 4-də əldə edilib. Cenk Tosun 4 il 6 aylıq müqaviləyə yanvarın 5-i Liverpulda imza atacaq. Novator.az bildirir ki, Cenk Tosun 1991-ci il iyunun 7-də Almaniyanın Vetslar şəhərində doğulub. Frankfurtun “Ayntraxt” klubunda yetişib, peşəkar karyerasına 2009-cu ildə orada başlayıb. 2011-2014-cü illərdə Türkiyənin “Qazientepspor” komandasında oynayıb, 2014-cü ildə “Beşiktaş”a keçib. İkiqat Türkiyə çempionudur. Türkiyə milli komandasının formasını 2013-cü ildən geyinir. Evlidir. Liverpul şəhərini təmsil edən “Everton” klubu 1878-ci ildə yaradılıb. 9 dəfə İngiltərə çempionu olub (son dəfə 1987-ci ildə), 5 dəfə İngiltərə kubokunu qazanıb (son dəfə 1995-ci ildə). 1985-ci ildə UEFA Kuboklar kubokunu əldə edib. Hazırda “Everton” İngiltərə milli çempionatının 9-cu pilləsində yer alır.

Oxunma sayı: 99

Oxşar yazılar