“Barselona” Filippe Koutinyo üçün “Liverpul”a 150 milyon avro təklif edib

  • 02 Yan - 2018
İspaniyanın “Barselona” klubu braziliyalı futbolçu Filippe Koutinyonun transferi üçün İngiltərənin “Liverpul” klubuna növbəti dəfə təklif göndərib. “Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, kataloniyalılar 25 yaşlı hücumameylli yarımmüdafiəçi üçün mersisaydlılara 150 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər. Həmin məbləğin 110 milyonu nəğd, 40 milyonu isə bonus şəkilində olacaq. Qeyd edək ki, “Barselona” yay fəsiləsində Koutinyo üçün “Liverpul”a bir neçə dəfə təklif göndərib. Lakin İngiltərə klubu onu satmaqdan imtina edib. 2013-cü ildə İtaliya “İnter”indən alınan braziliyalı özü isə “Barselona”ya transfer olunmaqda israrlıdır.

Oxunma sayı: 88

Oxşar yazılar