Türkiyəli mütəxəssis Qətər komandasının baş məşqçisi təyin olunub

  • 02 Yan - 2018
Türkiyəli futbol mütəxəssisi Bülent Uyğun Qətərin "Əl-Qarafa" futbol komandasının baş məşqçisi təyin olunub. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Qeyd edək ki, B.Uyğun 2013-2016-cı illərdə də Qətərdə çalışıb. O, "Umm Salal" komandasına rəhbərlik edib. Cari mövsümə Türkiyə təmsilçisi "Osmanlıspor"un sükanı arxasında başlayan mütəxəssis 5-ci turdan sonra istefaya göndərilib. "Əl-Qarafa" Qətər Premyer Liqasının geridə qalan 11 turundan sonra 11 xalla 7-ci pillədə qərarlaşıb.

Oxunma sayı: 66

Oxşar yazılar