“Liverpul”un müdafiəçisi həbs oluna bilər

  • 02 Yan - 2018
“Liverpul”un müdafiəçisi Deyan Lovren həbs edilə bilər. Bu barədə məlumatı Böyük Britaniyanın “Sun” nəşri yayıb. Məlumatda bildirilib ki, Xorvatiya millisinin üzvünün 2010-cu ildə Zaqreb “Dinamo”sundan “Lion”a transferi zamanı qanunsuzluq aşkarlanıb. Belə ki, bu keçid zamanı korrupsiya faktlarının olması ilə bağlı iddia araşdırılır. Bu, 14 milyon funt-sterlinq məbləğində pulu mənimsədiyi üçün həbs olunan “Dinamo”nun keçmiş prezidenti Zdravko Mamiçin işinin bir hissəsi hesab edilir. Lovren isə məhkəmədə yalan ifadə verməkdə ittiham olunur. Bu səbəbdən 29 yaşlı müdafiəçini 5 ilə qədər həbs cəzası gözləyir.     apa

Oxunma sayı: 77

Oxşar yazılar