Oğru sürücü və qəssabı ələ verdi: "Bilmirlər ki, halal malı 5 manata satmazlar?!" - Video

  • 09 Dek - 2017
Goranboyda mal-qara oğurluğu ilə məşğul olan iki nəfər saxlanılıb. ARB TV xəbər verir ki, onlar ayrı-ayrı kəndlərdə müxtəlif şəxslərə məxsus heyvanları oğurlamaqda təqsirli bilinirlər. Mingəçevir sakini Elçin Əliyev və həmyerlisi Zaur Hüseynov mal-qaranı Goranboyun bir neçə kəndindən oğurlayıb. Həmin heyvanları dəyər-dəyməzinə sataraq pulunu öz aralarında bölüblər. Elçin Əliyev heyvanın oğurluq olduğunu nə müştəridən, nə də "Qazel" sürücüsündən gizlətmədyini deyir: "Bilirdi, özü də öz əli ilə maşından düşürdü. Pulumu da saydı verdi. Bilməsəydi, 5 manat 50 qəpikdən alardımı? O fikirləşmir ki, 5 manat 50 qəpiyə satılan mal oğurluqdur, halal malı 5 manata satmazlar?!". Halalı haramdan ayırmağı bacaran, ancaq tamahına güc gələ bilməyən oğruların əməlinə Alpout kənd sakini Əlvan İsgəndərov son qoyub. Həmin şəxslərin otlaq sahəsindən heyvanları oğurladığını görən şəxs polisi məlumatlandırıb. Saxlanılan şəxslərdən Elçin Əliyev əvvəllər də oğurluq etdiyi üçün bir dəfə məhkumluq həyatı yaşayıb. Günahı tam sübuta yetirilərsə, onu, eləcə də əlbir olduqlarını bir neçə il həbs gözləyir. https://www.youtube.com/watch?v=fW74rSevDng

Oxunma sayı: 1397

Oxşar yazılar