Narazılıq edən deputata spikerdən ironiyalı cavab: "Dizaynını siz verərsiz"

  • 20 Okt - 2017

“Milli Məclisə yeni medalın təsis olunması ilə bağlı qanun layihəsi təqdim edilərkən şəkillər keyfiyyətsiz və solğun olur”.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin iclasında “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalın təsis edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib. Deputat bildirib ki, bu, hörmətsizlikdir: “Qanun layihəsini Milli Məclisə təqdim edən orqan bunu düşünməlidir. Növbəti medal təsis olunarkən layihədəki şəkil keyfiyyətli olmalıdır”. Milli Məclisin sədri Oqtay Əsədov isə deputat E.Axundovaya bildirib ki, növbəti dəfə yeni medal olarsa, dizaynını siz verərsiz.

Oxunma sayı: 319

Oxşar yazılar