Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin rəhbərləri bir arada – Tiflisdə üçtərəfli görüş

  • 17 Okt - 2017
Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü başlayıb. Avropa.info APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaya və Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar iştirak edir. Görüşdə üç ölkə arasında hərbi sahədə mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə olunur. Görüşün yekununa dair sənəd imzalanması nəzərdə tutulub.

Oxunma sayı: 176

Oxşar yazılar