Cenevrədə Əliyev-Sərkisyan danışıqları: prezidentlərin təkbətək görüşü başladı – Fotolar (Yenilənib)

  • 16 Okt - 2017
Cenevrədə Ermənistan və Azərbaycan prezidentlərinin genişləndirilmiş tərkibdə danışıqlarından sonra Serj Sərkisyan və İlham Əliyevin təkbətək formatında görüşü başlayıb. Avropa.info virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan Twitter-dəki mikrobloqunda yazıb. Onun yazdığına görə, görüş hazırda davam edir. *** Ermənistan prezidentinin mətbuat xidməti bildirir ki, Cenevrədə prezidentlər İlham Əliyevlə Serj Sərkisyan arasında Minsk Qrupu həmsədrlərinin və xarici işlər nazirlərinin iştirakı ilə başlayan görüş hələ davam edir. Görüş İsveçrənin BMT-nin Cenevrə ofisindəki və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsinin ofisində keçirilir. Məlumatda deyilir ki, bu danışıqlardan sonra Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü də planlaşdırılıb. *   *   * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gəlib. “AzərTAc” xəbər verir ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

Oxunma sayı: 198

Oxşar yazılar