Azərbaycan Türkiyəyə traktor satacaq

  • 23 Sen - 2017
Bu ilin ilk 9 ayında Belarusdan Azərbaycana 1000-dən artıq kənd təsərrüfatı texnikasının ehtiyat hissələri gətirilərək Gəncə Avtomobil Zavodunda (GAZ) yığılıb. “Report” bildirir ki, bu barədə yerli “MTZ” ASC-nin baş direktoru Fedor Domotenko məlumat verib. Onun sözlərinə görə, ilin sonuna qədər Azərbaycana daha 460 Belarus traktoru tədarük ediləcək. Bu traktorlar daxili bazar üçün nəzərdə tutulmayıb. Belə ki, yaxın vaxtlarda Azərbaycanda yığılan Belarus traktorlarının Türkiyəyə ixrac edilməsinə başlanılacaq. “Azərbaycan tərəfi ilə yeni müqavilədən əlavə Türkiyə bazarına çıxmaq üçün protokol da imzalamışıq. Tərəfdaşlarımız 5 mln. ABŞ dolları məbləğində maliyyələşmə həyata keçirəcəklər”. GAZ-ın Müşahidə Şurasının sədri Xanlar Fətiyev isə bildirib ki, yeni layihə çərçivədində Türkiyəyə ildə 2,5-3 min traktorun ixracı nəzərdə tutulub. Bu nəticəyə yaxın 3 il ərzində nail olunacaq.

Oxunma sayı: 176

Oxşar yazılar