Bakıda bir vaxtlar məşhur olan ticarət mərkəzi müştərisiz qalıb

  • 02 Sen - 2017
Bakının Binəqədi rayonunda yerləşən “Elit” ticarət mərkəzində alıcı qıtlığı yaşanır. 2002-ci ildən fəaliyyət göstərən alış-veriş mərkəzində alver “öldüyündən”, ziyanla işləyən mağazaların çoxu bağlanıb. Bunu virtualaz.org-a ticarət mərkəzində çalışan satıcılar deyiblər. Onların sözlərinə görə, artıq mövsümi mallar da gəlir gətirmir: “Bu ticarət mərkəzinin də vaxtları var idi, müştəri əlindən tərpənmək olmurdu. O vaxtlar çoxdan gedib. Xüsusən, qiymət artımından sonra alver lap “ölüb”. Olur ki, günlərlə mal satmırıq. Daha mövsümi mallar da gəlir gətirmir”, - deyə satıcılar bildirirlər. Mağaza sahiblərinin sözlərinə görə, ucuz mal almaq istəyənlər “8-ci km bazarını”, nisbətən keyfiyyətli mal axtaranlar isə “Binə” və “Sədərək” ticarət mərkəzlərini seçirlər. Bura artıq çoxdan müştərilərin yadından çıxıb. Satıcılar deyirlər ki, alver olmadığından mağazaların aylıq icarə haqqını da ödəyə bilmirlər: “Mən qadın geyimləri satıram, mağazanın icarəsi də 100 manatdır. Amma bunu da ödəyə bilmirəm, çünki özünüz də görürsünüz ki, müştəri yoxdur. Hələ bizdə mağaza balacadır, icarə haqqı 200-300 manat olanlar da var. Bəzi mağazalar ziyanla işlədiklərinə görə bağlanıblar. Bundan sonra ticarət mərkəzində alverin canlanacağına gümanım yoxdur”, - deyə adını söyləmək istəməyən satıcı bildirir.  
Virtualaz.org

Oxunma sayı: 1111

Oxşar yazılar