Bakıda arvadını ölümlə hədələyən şəxsin evində hərbi sursat aşkarlandı

  • 26 Avq - 2017
Xətai rayonu ərazisindəki evlərin birindən hərbi sursat aşkarlanıb. Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, avqustun 25-də Xətai rayonu ərazisində yaşayan bir qadın 35-ci Polis Bölməsinə müraciət edərək ərinin onu ölümlə hədələdiyini və yaşadıqları evdə sursat saxladığını bildirib. Bölmənin əməkdşaları tərəfindən həmin evə baxış zamanı 29 ədəd patron, 2 ədəd giliz və 42 ədəd piston aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı: 220

Oxşar yazılar