Dünya çempionunu öldürən azərbaycanlının cinayəti ilə bağlı yeni xəbər

  • 24 Avq - 2017
Rusiyada pauerliftinq üzrə dünya çempionunun qətli ilə əlaqədar istintaq çərçivəsində 2 nəfər barəsində cinayət işi açılıb.
APA-nın Rusiya İstintaq Komitəsinin Xabarovsk vilayəti üzrə istintaq idarəsinin saytına istinadən verdiyi məlumata görə, Rusiya Milli Qvardiyasının vilayət üzrə İdarədənkənar Mühafizə Xidmətinin 2 əməkdaşı haqqında səhlənkarlıq maddəsi ilə təhqiqat başlayıb. İstintaqın versiyasına əsasən avqustun 20-də Xabarovsk şəhərindəki ticarət mərkəzinin mühafizəçisi binanın qarşısında insanların dava üçün toplandığını görərək həyəcan siqnalını işə salıb. Hadisə yerinə gələn İdarədənkənar Mühafizə Xidmətinin 2 əməkdaşının gözünün qarşısında azərbaycanlı Anar Allahverənov və rusiyalı idmançı Andrey Draçyov arasında münaqişə baş verib. Azərbaycanlı qarşı tərəfə ayaq və əlləri ilə zərbələr endirib. Mühafizə əməkdaşları öz vəzifələrini yerinə yetirməyərək onlara müdaxilə etməyib, davanı törədən şəxsi saxlamayıb və hadisə yerini tərk ediblər. Daha sonra tərəflər arasında münaqişə davam edib və Anar Allahverənov Andrey Draçyova ölümcül zərbələr endirib. Ölümün səbəbi kəllə-beyin travması olub. Hadisədən dərhal sonra şübhəli şəxs qaçıb və o, federal axtarışa verilib. Hazırda onun yeri barədə məlumat üçün pul mükafatı təyin edilib.

Oxunma sayı: 176

Oxşar yazılar