Dünya çempionunu öldürən azərbaycanlı ömürlük həbs oluna bilər

  • 22 Avq - 2017
Rusiyada pauerlifting üzrə dünya çempionu Andret Draçevi döyərək öldürən azərbaycanlı federal axtarışa verilib. Avropa.info baku.ws-yə istinadən xəbər verir ki, faktla bağlı "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlayıb. Bu barədə Rusiyanın Xabarovsk vilayəti üzrə İK-nin istintaq idarəsinin saytında bildirilir. Əvvəl bildirilib ki, bu cür cinayətə görə 20 il azadlıqdan və ya ömürlük həbs oluna bilər.
Qeyd edək ki, qətli törədən şəxsin döyüş ustası Anar Allahverənov adlı azərbaycanlı olduğu bildirilir. Məlumata görə, dünya çempionu onu "çuşka" adlandırıb, bundan sonra tərəflər arasında mübahisə və əlbəyaxa dava baş verib.

Oxunma sayı: 220

Oxşar yazılar