Zabit Səmədov "Sümükqıran"la döyüşəcək

  • 13 Avq - 2017
Azərbaycanlı məşhur idmançı Zabit Səmədov növbəti görüşünü keçirəcək. Səmədovun budəfəki rəqibi hollandiyalı idmançı “Sümükqıran” ləqəbli Errol Zimmerman olacaq. 2008-ci ildə “K-1” üzrə keçirilən çempionatda Errol Zabitə minimal xal üstünlüyü ilə qalib gəlib. Avqustun 23-də keçiriləcək görüş Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr ediləcək. Qeyd edək ki, Zabit Səmədovun aktivində 107 döyüş, 97 qələbə, 1 heç-heçə və 9 məğlubiyyət var.
azvision.az

Oxunma sayı: 231

Oxşar yazılar