Çingiz Abdullayev: "Gedin, onları danışdırın"

  • 12 Avq - 2017
"Neftçi"nin Müşahidə Şurasını sədri Çingiz Abdullayev Topaz Premyer Liqasının ilk turunda "Qarabağa"a 1:3 hesabı ilə məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Avropa.info qol.az-a istinadən xəbər verir ki, xalq yazıçısı müsahibə üçün klub rəhbərliyini nişan göstərib: "Artıq klubun prezidenti, vitse-prezidenti var. Gedin danışın, görək, onlar nə deyirlər". Qeyd edək ki, bir müddət əvvəl "Neftçi"də struktur dəyişikliyi baş verib. Orxan Hüseynzadə prezident, Elnur Eyvzaov isə vitse-prezident təyin olunub.

Oxunma sayı: 165

Oxşar yazılar