"Qarabağ" - "Kopenhagen" oyununun biletləri satışa çıxır

  • 11 Avq - 2017
Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) qarşılaşmasının biletləri satışa çıxır. Avropa.info apasport.az-a istinadən xəbər verir ki, azarkeşlərimiz sabah - avqustun 12-si, saat 10:00-dan etibarən biletləri əldə edə bilər. Futbolsevərlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarında satılacaq. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" matçı avqustun 15-də saat 20:00-da start götürəcək.

Oxunma sayı: 231

Oxşar yazılar