Tütün məhsullarının keyfiyyətinə nəzarət məqsədilə laboratoriyalar yaradılacaq

  • 10 Avq - 2017
Azərbaycanda tütün məhsullarının keyfiyyətinə nəzarət məqsədilə laboratoriyalar yaradılacaq. Bu, Tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramında əks olunub. Tütün məhsullarının keyfiyyətinə nəzarət laboratoriyalarının yaradılması Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinə həvalə olunub. Qeyd edək ki, sözügedən dövlət proqramı bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq olunub.
APA

Oxunma sayı: 242

Oxşar yazılar