“Qarabağ”ın oyununda yeni sistem – UEFA-nın tələbi

  • 08 Avq - 2017
UEFA-nın tələbinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən texnoloji sistem quraşdırılır. Bu haqda Qol.az-a “Qarabağ” klubunun baş meneceri Asif Əsgərov məlumat verib. “Goal line” adlanan bu sistem Azərbaycan futbol tarixində ilk dəfə olaraq “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi oyunda tətbiq olunacaq. A.Əsgərov bildirib ki, İngiltərə şirkətlərindən birinin apardığı bu iş yaxın günlərdə yekunlaşacaq. Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də, cavab görüşü həmin ayın 23-də Danimarkada olacaq.

Oxunma sayı: 242

Oxşar yazılar