Bakıda bahalı avtomobilin üstünə göydən daş düşdü

  • 06 Avq - 2017
Bakı sakininin avtomobilinin üstünə daş düşüb. Hadisə Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi 23 ünvanının qarşısında baş verib. Həmin ünvandakı binada yaşayan Həsənov Münasib Şahvələd oğlu səər saatlarında özünə məxsus “Lexus” markalı, 99 LK 919 dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşarkən motorxananın qapağının üstünə iri daşın düşdüyünü görüb. Daşın maşının üstünə təsadüfən düşməsi və ya qəsdən atılması araşdırılır.
APA

Oxunma sayı: 187

Oxşar yazılar