Azərbaycanda üç uşaq atası 9 yaşlı qızı zorladı – 10 manat borca görə

  • 05 Avq - 2017
Şirvan şəhərində azyaşlı qıza təcavüz etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Qismət Panalizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Şirvan şəhərində Qismət Panalizadə təcavüzə məruz qoyduğu 2006-cı il təvəllüdlü Samirə Sadıqovanın atası Sadıq Sadıqova (zərərçəkmişin və onun atasının adı və soyadı şərti göstərilib - red.) 10 manat borca pul verib.
10 manatlıq borc
Amma Sadıq sonradan həmin pulu Qismətə qaytarmayıb. Qismət Panalizadə 10 oktyabr 2015-ci il tarixdə, saat təxminən 16:00 radələrində Şirvan şəhərində yerləşən avtobus dayanacağının qarşısında təsadüfən tanışı Sadıqla rastlaşıb.
O, Sadıqdan on manat borcunu qaytarmasını tələb edib. Sadıq isə pulu evdə qoyduğunu deyərək avtomobili ilə oradan uzaqlaşıb.
Pul tələbi
Bundan sonra Qismət Panalizadə pulunu tələb etmək məqsədilə Sadıqın yaşadığı mənzilə gəlib. Həmin vaxtı mənzildə Sadıqın azyaşlı qızı Samirə çıxıb.
Bu zaman Qismət Panalizadə Samirənin evdə tək olmasını bilib. O, azyaşlının evdə tək və köməksiz vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi bıçaqla zor tətbiq edib.
Təcavüz
Qismət Panalizadə əvvəlcə azyaşlı qızla təbii yolla cinsi əlaqədə olmaq istəyib. O, bu məqsədlə azyaşlını soyunduraraq divanın üstünə uzadıb.
Qeyri-təbii yolla cinsi əlaqə
Qismət Panalizadə Samirə Sadıqova ilə cinsi əlaqədə olmaq istəyərkən, azyaşlı qışqıraraq qorxunc səs çıxarıb. Azyaşlının bu qışqırığından Qismət Panalizadə qorxuya düşüb və buna görə də onunla təbii yolla cinsi əlaqədə olmaqdan yayınıb.
Daha sonra Qismət Panalizadə əli ilə azyaşlı qızın ağzını yumaraq üzü üstə divana uzadıb və sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Həmin vaxt Qismət Panalizadə azyaşlı qıza bir neçə yerdən bədən xəsarəti də yetirib.
Üç uşaq atası olan manyak
Azyaşlı Samirə Sadıqovanın valideynləri evə gələndə qızlarının təcavüzə məruz qalmasını biliblər. Bundan sonra onlar Qismət Panalizadədən polisə şikayət ediblər.
Şikayət əsasında Qismət Panalizadə polis əməkdaşları tərəfindən saxlanılıb. Azyaşlı qıza təcavüz edən 27 yaşlı Qsimət Panalizadə 3 uşaq atasıdır.
Qismət Panalizadə Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsilə ittiham edilib.
13 il 6 ay cəza
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qismət Panalizadə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.
Qismət Panalizadə şikayətində təqsirsiz olduğunu qeyd edib. Bildirib ki, azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməyib, ona böhtan atırlar. O, barəsində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Qismət Panalizadənin şikayəti təmin edilməyib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Publika.az

Oxunma sayı: 165

Oxşar yazılar