Lənkəranda kütləvi dava: Bıçaqlananlar var – Foto

  • 05 Avq - 2017
Lənkəranda baş vermiş dava zamanı 2 nəfər bıçaq xəsarətləri alıb.
Avropa.info xəbər verir ki, "Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Ləvəngi dairəsində baş verib.
Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü Paşayev Emin Qurban oğlu və 1990-cı il təvəllüdlü Qafarzadə Elvin Güloğlan oğlu bıçaq zərbələri ilə xəstəxanaya yerləşdiriliblər.
Kütləvi davanın təfərrüatları da məlum olub.
Ləvəngi dairəsinə iki avtomobillə gələn Liman şəhərinin 8 sakini burada avtoxuliqanlıq ediblər. Bu zaman taksi sürücüləri onlara irad tutub.
Nəticədə tərəflər arasında 10 nəfərin iştirak etdiyi kütləvi dava olub. Dava zamanı taksi sürücülərindən ikisi bıçaq xəsarətləri alıb.
Hadisəni törətmiş avtoxuliqanların sərxoş vəziyyətdə olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.

Oxunma sayı: 231

Oxşar yazılar