Braziliyanın saabiq prezidentə 9,5 il iş kəsildi

  • 13 İyl - 2017
Braziliya məhkəməsi ölkənin sabiq prezidenti Luis İnasiu Lulu da Silvanı korrupsiya cinayətində günahkar bilərək, 9,5 il həbs cəzasına məhkum edib. Avropa.info xəbər verir ki, eks-prezident və arvadı Quaruca kurort şəhərində lüks iqamətgahlarını deklarasiyaya salmadıqları və “Petrobas” dövlət şirkətinin müqaviləsinin alınması qarşılığında OAS tikinti şirkətindən 747,8 min ABŞ dolları rüşvət aldıqlarına görə ittiham ediliblər. Silvanın vəkilləri məhkəmə qərarından apelyasiya şikayəti vermək niyyətindədirlər. Qərar baxılanadək prezident azadlıqda qalacaq. Da Silva özünün günahkar olmadığını iddia edərək, cinayət işinin siyasi rəqibləri tərəfindən açıldığını iddia edir.

Oxunma sayı: 275

Oxşar yazılar