Nemtsovun qətlində şübhəli bilinən çeçenə ömürlük həbs istənildi

  • 12 İyl - 2017
Boris Nemtsovun qətlində şübhəli sayılan münsiflər məhkəməsi tərəfindən günahkar kimi tanınan Zaur Dadayevə ömürlük həbs istənilib. Avropa.info xəbər verir ki, bu tələblə prokuror çıxış edib. “Dadayevə xüsusi koloniya rejimində ömürlük həbs cəzasının verilməsini və 200 min rubl cərimə olunmasını xahiş edirəm” – prokuror Mariya Semenko belə deyib. Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən Boris Nemtsov 2015-ci ilin 28 fevralı gecəsi Moskvada sui-qəsd nəticəsində qətlə yetirilib. Onun cinayət işi ilə bağlı Zaur Dadayev, Anzor və Şadid Qubaşevlər, Tamerlan Əsgərxanov və Həmzət Baxayev həbs olunublar.

Oxunma sayı: 231

Oxşar yazılar