Roberto Karlosun başı qalmaqalda

  • 12 İyn - 2017
Ümumdünya Antidopinq Agentliyi (WADA) Madridin “Real” klubunun sabiq braziliyalı müdafiəçisi Roberto Karlosa qarşı istintaqa başlayıb. Avropa.info xəbər verir ki, bu barədə “Mundo Deportivo” saytı məlumat verib. İstintaq Almaniyanın ARD kanalının jurnalisti Hayo Zeppeltanın çəkdiyi sənədli filmin materialları əsasında başladılıb. ARD Braziliya futbolunda dopinqlə bağlı film təqdime dib. Filmdə Roberto Karlos qadağan olunmuş preparatların istifadəsində ittiham olunur. Jurnalistlər braziliyalı həkim Sezar Alvesin futbolçuların müalicəsi zamanı dopinqdən istifadəsi barədə sənəd aşkarlayıblar. Pasientlərdən biri isə Roberto Karlos olub. 44 yaşlı futbolçu ittihamları rədd edib. O, karyerasını 2015-ci ildə başa vurub.

Oxunma sayı: 308

Oxşar yazılar