Messi toy etməyə hazırlaşır

  • 10 İyn - 2017
“Barselona” klubunun hücumçusu və Argentina yığmasının futbolçusu Lionel Messi toya hazırlıq üzündən milli komandasının yoldaşlıq görüşünü buraxa bilər. Avropa.info xəbər verir ki, bu barədə “Clarin” nəşri yazıb. Nəşr Messinin Antonella Rokutso ilə evliliyə hazırlığı üzündən Sinqapurla yoldaşlıq görüşünə qatılmayacağını bildirir. Bundan əlavə öz nikah mərasimində iştirak edəcək “Mençester Siti”li Nikolas Otamendi görüşü buraxmalı olacaq. Onun toyu 16 iyunda olacaq. Qeyd edək ki, Argentina yığması Sinqapurla görüşü 22 iyunda keçirəcək.

Oxunma sayı: 264

Oxşar yazılar