2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramında dəyişikliklər edildi

  • 09 İyn - 2017
Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramını təsdiqləyib. Yeni proqramda gənclər, şəhəriçi və qarışıq yarışların, eləcə də idmançıların ümumi sayı azaldılmaqla qadın iştirakçıların sayı çoxaldılıb. Daha dəqiqi, yarış tiplərinə daha 15-i əlavə olunduğu halda, 285 idmançı azaldılıb. Qarışıq yarışların sayı "Rio-2016" ilə müqayisədə 9-dan 18-ə çatdırılıb. Qəbul olunmuş qərarlarda əsas məqsəd kişi və qadınların say bərabərliyi və gender balansının qorunmasıdır. Bu baxımdan, avarçəkmə, atıcılıq, ağırlıqqaldırma, cüdo, sərbəst və qadın güləşi, yelkənli idman və velosiped idmanı dəyişikliyə məruz qalıb. Gənclər və şəhəriçi yarışlara əlavələr basketbol 3X3, BMX fristayl, idman qayayadırmanması və skeytbordinqdə baş verib.
Report

Oxunma sayı: 330

Oxşar yazılar