"Bakıda rekord qeydə alınacaq" - Formula 1-in yarış direktoru

  • 06 İyn - 2017
"Bakı trası və şəhər Formula 1 yarışları üçün tam hazır vəziyyətdədir. Hər şey çox gözəl təşkil olunub. Bu il şəhər halqası ötən ilə nisbətən daha hazırlıqlıdır".  Milli.Az xəbər verir ki, bunu Formula 1-in yarış direktoru, Beynəlxalq Avtomobil Federasiyasının  təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Çatli Uaytinq Azərbaycan Qran Prisinə son hazırlıqlarla bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, ötən il Bakıda yarış xoş sürprizlə yadda qalmışdı: "Əminəm ki, bu il də hər şey çox yaxşı olacaq". Ç.Uaytinq həmçinin trasda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil edildiyini və heç bir ciddi təhlükənin olmadığını əlavə edib. O, qeyd edib ki, yarışlarda bəzi texniki dəyişikliklər var: "Mən bu dəyişikliklərdən məmnunam. Sürücülər də məmnundur".
Yarışın direktoru şəhərdə tras boyu əlavə hasarların quraşdırılmasına da aydınlıq gətirib: "Məqsəd tamaşaçıların təhlükəsizliyinin təmin edilməsidir".
Ç. Uaytinq qeyd edib ki, Bakıda rekord qeydə alına bilər: "Bu il Bakı trasında sürətin yüksək olacağını düşünmürəm. Ötən  il sürət 378km/saat olub. Amma dövrə rekordu qırıla bilər. Böyük ehtimalla rekord bu il qırılacaq" Qeyd edək ki,  2017 Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar iyunun 19-dan etibarən Bakıya gələcəklər. İyunun 21-də isə Formula 1 pilotları, xarici mətbuat nümayəndələri, avtomobil federasiyaları və Formula 1 rəhbərliyinin hamısı Bakıda olacaq. İyunun 23-dən etibarən pilotların əsas məşqləri başlayacaq, daha sonra yarışlara start veriləcək. Yarışlar iyunun 25-də başa çatacaq.

Oxunma sayı: 275

Oxşar yazılar