2022-də Qətərdə keçiriləcək dünya çempionatı təhlükə altında

  • 06 İyn - 2017
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı diplomatik əlaqələrin kəsilməsi üzündən təhlükə altında qala bilər. Avropa.info xəbər verir ki, bu barədə İngiltərənin “The Guardian” qəzeti yazıb. Qətər hal-hazırda çempionata hazırlıqla bağlı nəhəng obyektlər, ilk növbədə 9 stadion və onlar üçün infrastruktur yaradır. Qətərlə diplomatik əlaqələri kəsən Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir BƏƏ, Liviya və Yəmənin bu ölkə ilə quru yol marşrutlarını bağlayıblar. Bu ölkələr öz dəniz limanlarını və hava məkanlarını da Qətərin üzünə bağlayıblar. FİFA diplomatik qalmaqalla bağlı Qətər təşkilat komitəsi ilə əlaqə saxladığını deyib.

Oxunma sayı: 308

Oxşar yazılar