Azərbaycanlı idmançı: "Vətənim üçün qızıl medal qazanacağam"

  • 13 May - 2017
"Vətənim üçün qızıl medal qazanacağıma söz vermişəm". Avopa.info Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində finala çıxan Azərbaycan karateçisi İlahə Qasımova deyib. O deyib: "Minimum gümüş medalı qazanmışam, Lakin söz vermişəm ki, Vətənim üçün qızıl medal qazanacağam. İ.Qasımova bildirib ki, həmişə doğma divarlar arasında daha yaxşı çıxış edir:
 "İndoneziyalı idmançı ilə görüş nisbətən ağır oldu. Daha sonra İordaniya təmsilçisini məğlub etdim. Mən həmişə Vətənimdə yaxşı çıxış edirəm".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Oxunma sayı: 121

Oxşar yazılar