İslamiadada iştirak edə bilməyən ölkələrlə bağlı rəsmi açıqlama

  • 13 May - 2017
"Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarında Sudanın iştirak etməməsinin səbəbi hələ ki aydın deyil". Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd bu gün oyunlarla bağlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Liviya yarışlarda maliyyə çətinlikləri səbəbindən iştirak edə bilməyib. M.Loynd deyib ki, Küveyt tərəfindən yarışlarda iştirak üçün müəyyən hazırlıq işləri görülmüşdü:
"Küveytlilər müstəqil idmançı kimi yarışda iştirak edə bilərdilər. Lakin təəssüf edirik ki, bu üç ölkə yarışlarda iştirak edə bilmədi".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Oxunma sayı: 308

Oxşar yazılar