Boksçularımızın İslamiadadakı rəqibləri bilindi

  • 11 May - 2017
Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarının püşkü atılıb. 27 ölkənin qatılacağı turnirdə Azərbaycan millisinin üzvləri də rəqiblərini tanıyıblar. Boks Federasiyasından Avopa.info-ya verilən məlumata görə, yığmamızın heyətində ilk olaraq rinqə ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov çıxacaq. O, yarışın açılış günü 1/4 finalda qüvvəsini sınayacaq. "Bakı Kristal Zal"da keçiriləcək boks yarışları saat 12:00-da başlayacaq. Finallar isə mayın 18-də olacaq. 12 may +91 kq 1/4 final Məhəmmədrəsul Məcidov - Nurlan Saparbay (Qazaxıstan) 13 may 52 kq 1/8 final Məsud Yusifzadə - Ömər Koç (Türkiyə) 75 kq 1/8 final Kamran Şahsuvarlı - Desmond Amsterdam (Qayana) 81 kq 1/8 final Rauf Rəhimov - Hafidz Adli Mohd (Malayziya) 14 may 60 kq 1/4 final
Cavid Çələbiyev - Yoel Volliamson (Qayana) / Hakan Doğan (Türkiyə) 69 kq 1/8 final Tamerlan Abdullayev - Muhemmetmirat Sahedov (Türkmənistan) 91 kq 1/4 final Teymur Məmmədov - Sardorbek Beqaliyev (Özbəkistan) 15 may 49 kq 1/4 final Rüfət Hüseynov - Tolqahan Öztürk (Türkiyə) / Omid Əhmadisafa (İran) 56 kq 1/4 final Tayfur Əliyev - Taoufik Kaçfi (Mərakeş) 16 may 64 kq 1/4 final Elvin İsayev - Aliyor Noraliyov (Özbəkistan)

Oxunma sayı: 132

Oxşar yazılar