Bakı-2017: Türkiyədən Tacikistana voleybol dərsi

  • 11 May - 2017
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında voleybol yarışı davam edir. Avropa.info Trend-ə istinadən xəbər verir ki, A qrupunda Türkiyə və Tacikistan yığmaları qarşılaşıblar. Türk voleybolçular hər 3 setdə taciklərə göz açmağa imkan verməyiblər - 25:8, 25:6, 25:7 (3:0) Bu qrupun digər oyununda ev sahibi Azərbaycan Qırğızıstanı sınağa çəkəcək.
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Oxunma sayı: 231

Oxşar yazılar