Fernando Torres və Kriştianu Ronaldo bir-birini təhqir etdi - Video

  • 11 May - 2017
Çempionlar Liqasınının yarımfinalında keçirilən “Atletiko” – “Real” görüşü zamanı komandaların rəqib futbolçuları Fernnado Torres və Kriştianu Ronaldo arasında münaqişə yaşanıb. Avropa.info xəbər verir ki, “Marca” nəşrinin yazdığına görə, Torresi Kriştianu Ronaldonun onu itələməsi əsəbiləşdirib. Ayağa qalxan Torres bu sözləri deyib: “Nə baş verir, kloun?” Ronaldonun cavabı isə belə olub: “Sən turniri tərk edib, evə gedirsən axmaq”. Bu zaman münaqişəyə görüşün baş hakimi Cüneyt Çakır müdaxilə edib. Lakin Torres “Real” hücumçusunun üzərinə atılaraq, ona “qancıq oğlu” deməyi bacarıb. Xatırladaq ki, yarımfinalın cavab görüşündə “Real” “Atletiko”ya 1:2 hesabı ilə uduzsa da, iki oyunun hesabına görə (4:2) avrokubokun finalına çıxıb. Final görüşü 3 iyunda “Real” – “Yuventus” arasında baş tutacaq. [embed]https://www.youtube.com/watch?v=dCBAVPNm8ic[/embed]  

Oxunma sayı: 165

Oxşar yazılar