"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları: Millimiz Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq

  • 11 May - 2017
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının üçüncü yarış günündə futbol, voleybol və həndbol üzrə qrup mərhələsinin oyunları keçiriləcək.
"Report"un məlumatına görə, Azərbaycanın futbol yığması 2-ci tur çərçivəsində Səudiyyə Ərəbistanı millisi ilə üz-üzə gələcək. Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda ilk turda Kamerunla qolsuz heç-heçə edib. Səudiyyə Ərəbistanı isə Mərakeşə uduzub - 0:1. Həmçinin voleybol üzrə qrup mərhələsinin ilk, həndbol üzrə 3-cü turun oyunları baş tutacaq. Qeyd edək ki, İslamiadanın Açılış mərasimi mayın 12-də keçiriləcək. 11 may (cümə axşamı) Futbol Qrup mərhələsi, II tur A qrupu 12:30. Kamerun - Mərakeş Bayıl Arena 18:30. Azərbaycan - Səudiyyə Ərəbistanı Bayıl Arena B qrupu 10:30. Oman - Türkiyə Azal Arena 16:30. Fələstin - Əlcəzair Azal Arena Həndbol Qrup mərhələsi, III tur Kişilər A qrupu 11:15. Səudiyyə Ərəbistanı – Pakistan 20:15. Əlcəzair - Azərbaycan B qrupu 09:00. İraq – Mərakeş 18:00. İordaniya – Türkiyə Qadınlar A qrupu 13:30. Özbəkistan – Kamerun 15:45. Azərbaycan – Türkiyə Sərhədçi İdman Kompleksi Voleybol Qrup mərhələsi, I tur Kişilər A qrupu 10:00. Türkiyə - Türkmənistan 21:30. Azərbaycan - Pakistan Bakı Kristal Zalı 1 Qadınlar A qrupu 12:30. Türkiyə - Tacikstan 19:00. Azərbaycan - Qırğızıstan Bakı Kristal Zalı

Oxunma sayı: 187

Oxşar yazılar