İslamiada: Azərbaycanın kişi həndbolçulardan ibarət yığması Pakistanı məğlub etdi

  • 09 May - 2017
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayan kişi həndbolçulardan ibarət Azərbaycan yığması ilk görüşündən qalib ayrılıb. Hikmət Abdullayevin baş məşqçi olduğu komanda Pakistan millisini məğlub edib - 43:36. "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib. İlk yarıda 20:15 hesabı ilə öndə olan Azərbaycan millisi fasilədən sonra üstünlüyünü daha da artırıb və 7 topa çatdırıb. Qeyd edək ki, A qrupunun digər oyununda Səudiyyə Ərəbistanı Əlcəzairə qalib gəlib - 26:13 (13:6). B qrupunun ilk görüşündə isə Mərakeş Türkiyəyə uduzub - 24:27 (8:12). Qrupun digər oyunu saat 20:15-də İraqla İordaniya yığmaları arasında keçiriləcək.
Report
 

Oxunma sayı: 231

Oxşar yazılar