Bəyanatdan 5 gün sonra: AZAL dağılası olmadı

  • 08 May - 2017
Azərbaycan Premyer Liqasında 2016-17 mövsümünü sonuncu pillədə başa vuran AZAL-ın planlarında dəyişiklik olub. Avropa.info apasport.az-a istinadən xəbər verir ki, "təyyarəçilər" gələn mövsüm I divizionda iştirak etməyi qərara alıb.
Halbuki, paytaxt təmsilçisi mayın 3-də fəaliyyətini dayandırdığını rəsmən bəyan etmişdi. Klub rəhbərliyi cəmi 5 gün sonra fikrini dəyişib və gələn mövsüm I divizionda oynamaq qərarına gəlib. Qeyd edək ki, AZAL sonuncu dəfə 2004-05 mövsümündə I divizionda iştirak edib və Premyer Liqaya vəsiqə qazanıb.

Oxunma sayı: 275

Oxşar yazılar