"Futbolçularımın gözlərində qığılcım çatmırdı" - "Qəbələ"nin baş məşqçisi

  • 05 May - 2017
"Qarabağ"ı təbrik edirəm. Bu gün doğrudan da bizdən güclü idilər. Onlara uğurlar arzulayıram". Bunu "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final matçından sonra jurnalistlərə açıqlamasında deyib. Ukraynalı mütəxəssis məğlubiyyətin səbəbini açıqlayıb: "Deməzdim ki, bu gün uşaqlar fiziki yorğun idilər. Sadəcə, istək, gözlərindəki alov çatışmırdı. Mövsümü analiz edə bilməyəcəyik. Bugünkü oyuna görə də səbəbləri dedim. Analizlərdən sonra bir nəticəyə gələcəyik". Meydanın vəziyyətindən şikayətlənmədiyini və "Qarabağ"la eyni şərtlər altında oynadıqlarını deyən R.Qriqorçuk "Rəqib belə vəziyyətlərdən çıxış yolu tapdı. Biz də eynisini etməli idik" söyləyib. Baş məşqçi komandada gözlənilən dəyişikliklər barədə hələlik heç bir açıqlama verməyəcəklərini də vurğulayıb: "Dəyişikliklərlə bağlı öz aramızda danışmışıq. Qərara almışıq ki, mövsüm başa çatana qədər heç kim heç nə deməyəcək. Bundan sonra qərar verəcəyik".
Report

Oxunma sayı: 220

Oxşar yazılar