Razi Nurullayevin gənclərlə görüşü keçrildi - Fotolar

  • 30 Apr - 2017
Razi Nurullayevinrəhbərlik etdiyi AXCP-nin ölkə gəncliyi ilə görüşü keçirilib. Tədbiri giriş sözü ilə partiyanın Gənclər Komitəsinin sədri Təbriz Mirzəyev açıb. Söz ilk olaraq, R.Nurullayevə verildi. İştirakçıları salamlayan partiya sədri 7 il öncə baş verən ADNA qurbanlarını və bir il öncə baş verən əsgərlərimizi bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi. Ardınca çıxışına R.Nurullayev M.Ə.Rəsulzadənin gəncliyə olan xitabı ilə davam etdi: "Torpaqlarımız və müstəqillik uğrunda minlərlə şəhid vermişik. Rəsulzadə sərhədləri bəlli olan dövlət qoyub gedib, parlament binasına bayrağımızı Əbülfəz Elçibəy taxıb. Əbülfəz Elçibəy Bütöv Azərbaycan ideyasını qoydu. Müstəqillik uğrunda 20% torpağımızı itirdik. Ona görə ki, siyasətimizdə fırıldaqçılar yer aldı. Biz onlara qarşıyıq. Bizə birlik lazımdır. Fitnəkarlığa yol vermək olmaz. Bizə Azərbaycanın taleyini lazımdır. Siyasətçilərə də əsas bu lazımdır. Azərbaycan siyasətçisi xalqla birlikdə olmalıdır. Biz xalqın qarşısında getməyə hazırıq. Bəzən Rəsulzadə və Elçibəy haqqında xoşagəlməyən fikirlər səsləndirilir. Əbülfəz Elçibəy MDB məkanında ilk əlaqəni Rusiya ilə qurmuşdu. Hər iki şəxsiyyətə şər atanlar bu xalqın düşmənləridir. Biz bir olsaq, xalqımız da firavan həyatına çatacaq. Bizə dərs keçənlər bu gün mənəviyyatı olmayan insanlar. Astan Şahverdiyev onlardan biri. Müxalifət liderləri xalqın meydana gəlmədiyini deyirlər. Yalandır, bu xalq milli azadlıq hərəkatı ilə müstəqilliyini qazanan xalqdır. SSRİ kimi imperiyanın sonunu da bu xalq gətirdi. Bu xalq sadəcə ənənəvi liderlərə inanmır. Nemət Pənahlı kimi savadsız, diplomunu pulla alan biri Elçibəyi necə kabinetdən qova bilər? Amma deyir ki, onu qovdum kabinetimdən. Necə qova bilərdi? Araz və Zərdüşt Əlizadə qardaşları xalqı aşağılayır. Bizi millətçilikdə ittiham edirlər. Bu xalq cəza verməyi də haqq edir. Güzəşt olmamalıdır, bu xalqı bu günə salanlar cəzalarını almalıdırlar. razi 1.jpg (96 KB) R.Nurullayev Ramiz Rövşənin Ə.Elçibəy haqqında yazdığı şeiri oxuması zalda alqışlarla qarşılanıb: "Ramiz Rövşənin qeyd etdiyi daş yenə atılır bizlərə. O daşlar özlərinin başına atılacaq. Buradakı gənclərin cibini siliksək 300-400 manat çıxmaz. Budur Azərbaycan gəncliyi? Əgər gəncliyimiz sevdiyi xanıma bir çay almağa imkan etmirsə, o gənclikdən nə gözləmək olar? Biz bununla barışa bilmərik. Əgər bir gəncin gələcəyinə ümidi yoxdursa, bu günü də yoxdur. Kimdən soruşsam bu dəqiqə, hər kəsin krediti var, yaxud ailəsinin. Bu xalq bankların əsiri olub.  Biz hakimiyyəti usyanla təhdid etmirik, dinc mübarizənin tərəfdarıyıq. Biz tək hakimiyyətlə deyil, içəridən müxalifəti parçalayanlarla mübarizə aparırıq. Bu gün xalqa yalan danışmaq lazım deyil. Ambisiyaları kənara qoymaq lazımdır. Ölkəmizə yeni siyasətçilər vacibdir. Ənənəvi siyasətçilər artıq son dövrlərini yaşayırlar. Artıq yeni simalar siyasətə gəliblər" deyə Razi Nurullayev çıxışı zamanı qeyd edib. Gənclər Komitəsinin sədri T.Mirzəyev partiya olaraq gənclər siyasətindən danışdı. razi 2.jpg (105 KB) Daha sonra söz AXCP sədrinin müavini Ehtiram Mehtiyevə verildi:"Bu qədər gəncliyin qarşısında çıxış edəndə həyəcanlanmamaq olmur. Hamınıza Təşəkkür edirəm, insan sadəcə qürur duyur. Hər birinizi partiyamızın sıralarında birləşməyə çağırıram". Partiyanın Şirvan Şöbəsinin sədri, gənc İsmayıl İslamoğlu da gənclərin birliyindən danışdı:" Bu gün gənclərimizə ölkəmizdə keçirilən yarışlarda işləmək müqabilində müəyyən məbləğlər verilir, bu da gəncliyin təhsilinə ciddi mane olur. Bir olsaq, bunlar olmaz". /müsavat.com/  

Oxunma sayı: 308

Oxşar yazılar