Bakıda ər arvadını bıçaqladı

  • 24 Apr - 2017
Bakıda ər arvadını bıçaqlayıb. Avropa.info report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Bilgəh qəsəbəsində yerləşən yaşayış evlərinin birində yaşayan İmaməliyeva Dilarə Əbdülrəhman qızı əri (hələlik adı açıqlanmır) tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. D.İmaməliyeva polisə ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirib. Aparılan araşdırma nəticəsindən məlum olub ki, o, əri tərəfindən bıçaqlanıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxunma sayı: 231

Oxşar yazılar