Bakının mərkəzində Shopping Festivalı – Fotolar

  • 17 Apr - 2017
Bakıda Sabir bağında Baku Shopping Festivalı keçirilir. Avropa.info xəbər verir ki, Aprel ayının 10- dan start götürən festival may ayının 10-na qədər təşkil olunacaq. Qeyd edək ki, Bakı şəhəri beynəlxalq festivala ev sahibliyi edir. Bu il ilk dəfə keçiriləcək “Baku Shopping Festival” alış-veriş, əyləncə, moda və mədəniyyət sahələrini əhatə edir. Festival çərçivəsində şəhərin çoxsaylı ticarət mərkəzləri qonaqlara xüsusi endirimlər təklif olunmaqla yanaşı, müvəqqəti ticarət məkanlarında isə Azərbaycanın və bir sıra xarici ölkələrin brend ticarət nişanları geniş miqyasda təmsil olunacaqlar. Bundan başqa, alıcılar üçün müxtəlif əyləncəli proqramlar – konsertlər, sərgi-yarmarkalar, musiqili axşamlar, təmtəraqlı mərasimlər və dəfilələr təşkil olunacaq. Festival iştirakçılarına xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələri ilə tanışlıq imkanı yaradılacaq. Festivala dəblə maraqlanan, ümumiyyətlə, maraqlı gün keçirmək istəyən hər kəs qatıla bilər. İsmayıl İslamoğlu Avropa.info

Oxunma sayı: 1100

Oxşar yazılar