Bakıdakı məşhur zavoda yeni rəhbər təyin olundu

  • 13 Apr - 2017
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu yeni rəhbər təyinatı olub. Avropa.info xəbər verir ki, fins.az-ın əldə etdiyi məlumata görə, Roman Fərhad oğlu Nağıyev aprel ayının 13-dən zavodun direktoru təyin edilib və artıq vəzifəsinin icrasına başlayıb. SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev fins.az-a açıqlamasında yeni rəhbər təyinatını təsdiqləyib. Qeyd edək ki, R.Nağıyev buna qədər Azeriqaz İstehsalat Birliyi Təmir Tikinti İdarəsinin rəisi olub. Xatırladaq ki, zavodun keçmiş direktoru Ayaz Qarayev  2015-ci ilin dekabr ayında vəfat edib.

Oxunma sayı: 319

Oxşar yazılar